uzluga.ru
добавить свой файл
1
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


“Mühəndislik” fakültəsi

“Elektrik mühəndisliyi” kafedrası


Mühazirəçi: t.e.n., dos. İ.C.Kərimov

Fənn

Elektrik avadanlıqlarının etibarlılığı və təmiri

Mövzu 8.


ELEKTRİK MAŞINLARININ TƏMİRİ


Plan


1. Mühərriklərin stator və faz rotorunun dolaqlarının təmiri


Ədəbiyyat


1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.

2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990.

3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980.

4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.


Gəncə 2010


Mühərriklərin stator və faz rotorunun dolaqlarının təmiri


Təmirdən qabaq dolaqları diqqətlə nəzərdən keçirirlər, dolaqların stator yuvalarından çıxma yerlərinə xüsusi diqqət yetirirlər. Dolaqların yağlanmış yerlərini benzinlə isladılmış sürtgü materialı ilə silirlər. Dolağın izolyasiyasının cüzi zədələnmiş yerləri (qabıq qoyma, mexaniki zədələnmə, naqilin çılpaqlanması və s.) izolyasiya lakı və ya havada quruyan emalla örtürlər, bu zaman lakı ya fırça ilə, ya da püskürdücü ilə vururlar. Dolaqları örtmək üçün tövsiyə olunan lakların və emalların markaları cədvəldə verilmişdir.

Cədvəl

Havada quruyan lakların və emalların texniki xarakteristikaları


Adı

Qarışdırıcı və ya əlavəedici

Qurutma temperaturu, 0S

Qurutma müddəti (çox olmayaraq), saat

Qara yağlı-bitumlu lak 317*

Benzin, toluol, benzol

20

12

Qara yağlı-bitumlu lak БТ-99*

Toluol, ksilol, naft solventi və ya onlardan birinin uayt spirtlə 1:1 nisbətində qarışığı

18...22

3

Nitroqliftal emalı ГФ-92-ГС

Daşkömür sorbenti, ksilol, toluol və ya ksilolun benzinlə (Б-70 markalı) qarışığı, 1:2 nisbətində

18...22

24

ПВЭ-6 ПВЭ-7 emalı

Toluol

13...23

24

ПВЭ-2 emalı

Toluol, benzol

25

24


*- №317 və БТ-99 lakları yağa davamlılığa malik deyillər.

Qırılmış, zəifləmiş və ya mexaniki möhkəmliyini itirmiş bandajları ehmalca açırlar və dolaqların alın hissələrini bandajlayırlar. Bu zaman dolağın izolyasiyası A istiliyə davamlılıq sinfinə aid olduqda taft lenti və izolyasiya E, B və F siniflərinə aid olduğu zaman şüşəli lenta istifadə edirlər. Bandajı çevrə boyunca dolağın alın hissəsində, xüsusi bizin köməyi ilə hər bir və ya iki yuvada qoyub, yaxşı çəkirlər. Ondan sonra bandajı havada quruyan laklardan və ya emallardan biri ilə hopdururlar.




Elektrik mühərriklərinin statorlarının dolaqlarının təmiri zamanı tətbiq edilən alətlər:

a-dolaqların alın hissələrinin bandajlanması üçün biz; b-bıçaq; c-yuva çivlərini çıxarmaq üçün qəlib; d-təzə çivləri vurmaq üçün alət.

c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004307)01-04-55].jpgd:\сборка - эд\сборка эд-!!![(004461)01-05-10].jpg

Elektrik mühərriklərinin stator dolağının çıxış naqillərinin izolyasiyasının mexaniki zədələnmiş yerlərini bir neçə qat izolyasiya lenti ilə sarıyırlar.

Əgər izolyasiya bütün uzunluğu boyunca çata, laylaşmaya və ya mis damara keçən mexaniki zədələnməyə malikdirsə çıxış naqilləri yeniləri ilə dəyişdirilirlər. Dəyişmə zamanı dolağın alın hissəsinin bandajını açırlar və zədələnmiş naqili stator dolağının makara qrupunun çıxışından açırlar. Çıxış naqillərini ПЭГ, ПРГ, РКГМ, ЛПРГС, ЛПЛС tipli mis damarlı naqillərlə dəyişirlər. Naqilin en kəsiyini cədvəlin verilənlərini rəhbər tutaraq seçirlər.


Cədvəl

Elektrik mühərriklərin çıxış naqillərinin en kəsiyinin seçilməsi üzrə verilənlər


A, A2 və AK elektrik mühərriklərinin nominal cərəyan şiddəti

AO, AO2, AOK2, AO2-CX, A elektrik mühərriklərinin nominal cərəyan şiddəti

Çıxış naqillərinin en kəsik sahəsi, mm2

9

6

0,75

18

15

1,5

26

23

2,5

40

33

4

58

47

6

84

67

10

10

100

16

160

140

25

200

175

35

250

230

60

310

270

95

370

315

105


Əgər elektrik mühərrikinin dolağı mis naqildən sarınmışsa, onda 35...40mm uzunluqda bıçaqla makara qruplarının və çıxış naqillərinin uclarını təmizləyirlər. Təmizlənmiş uclar göstərildiyi kimi bir-birinə burulur, eyni zamanda burmanın uzunluğu 20...25mm-dən az olmamalıdır. Naqillərin burma yeri ПОС-40 lehimi ilə lehimləyirlər və ya kömür elektrodla qaynaq edirlər. Qaynaq zamanı transformatorun bir sıxacını burmaya birləşdirirlər, ikincisini isə - kömür elektroda (şək. 36, c). Qövsdə gərginlik 16...18V olmalıdır.

c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(003443)01-03-41].jpg


c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(003951)01-04-21].jpgc:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(003903)01-04-07].jpg



Çıxış naqillərinin makara qruplarının naqilləri ilə birləşdirilməsi :

a-mis naqillərin burmaları; b-mis 1 naqilinin alüminiumla 2 burulması; c-mis 2 və alüminium 1 naqillərin qaynaq edilməsi; d-linoksin boru ilə burma yerinin izolə edilməsi.


Əgər elektrik mühərrikinin dolağı alüminium naqillə sarınmışdırsa, onda makara qrupunun naqillərinin uclarını 70...80mm uzunluqda, mis çıxış naqillərini isə - 50mm uzunluqda təmizləyirlər. Təmizlənmiş ucları burma yolu ilə elə birləşdirirlər ki, mis naqilin bütün damarları dörd-beş sarğı alüminium naqilin altında olsunlar və mis naqilin ucu alüminiumdan 3...4mm kənara çıxsın. Fırça ilə burmanın baş (kəllə) səthinə flus (kanifol-25%, etil spirti-75%) sürtürlər və kömür elektrodla naqillərin keyfiyyətli birləşməsi alınana qədər əridirlər. Əritməni mis naqilin ucundakı səthdən başlayırlar. Qaynaq edildikdən sonra burmadan flüsün artığını kənarlaşdırırlar.

Naqillərin birləşmə yerlərini, burmanın üstünə linoksin boru geyindirib və ya bir neçə qat izolyasiya lenti dolayaraq, izolyasiya edirlər. Bundan sonra dolağın alın hissəsini, bandaj sarğılarını dolağın alın hissəsinin çevrəsi boyunca bir və ya iki yuvadan bir yerləşdirərək, bandajlayırlar və havada quruyan laklardan biri ilə hopdururlar.


c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004066)01-04-35].jpg


Boşalmış yuva çivlərini çəkiclə çiv çıxaranın köməyi ilə çıxarırlar və bərk ağac növlərindən (quru fısdıq, tozağacı və s.) və ya tekstolit, qetinaks və s. yeniləri ilə dəyişdirirlər. Çivləri çalmaq üçün istiqamətləndirici və quraşdırıcıdan ibarət xüsusi qurğudan istifadə etmək çox münasibdir.





Yuva çivlərinin çıxardırılmasında və vurulmasında ehtiyatlı olmağa çalışırlar ki, yuva izolyasiyasını və dolağın alın hissəsinin izolyasiyasını zədələnməsinlər.

Təsərrüfatda, müəssisədə və ya hazırlayıcı – zavoddan alınmış çivlərin hopdurulması və qurudulması vacibdir.

Çivləri 3...4 saat ərzində 100...1200S temperatura qədər qızdırılmış transformator və ya kətan yağında hopdururlar, sonra yağdan çıxarır və 20...30 dəq ərzində axmağa qoyurlar. Çivləri şaquli vəziyyətdə, 100...1100S temperaturda, 5...6 saat müddətində qurudurlar.

Yuvaya çaldıqdan sonra çivlərin statorun kənarından qırağa çıxan uclarını kəsirlər, hər tərəfdə 5...7mm saxlayırlar.

Stator və faz rotorunun dolağının izolyasiyasının nəmlənməsini təyin etmək üçün dolağın izolyasiya müqavimətini gövdəyə nəzərən və dolaqlar arasında ölçürlər. Dolağın izolyasiya müqavimətini gövdəyə nəzərən ölçən zaman meqometrin üzərində “torpaq” yazılmış sıxacın elektrik mühərrikinin gövdəsinə, “xətt” yazılmış sıxacını isə - növbə ilə faz dolaqlarına birləşdirirlər, şəkildə göstərildiyi kimi. Dolaqlar arasındakı izolyasiya müqavimətini ölçən zaman meqommetrin sıxaclarını növbə ilə faz dolaqlarının çıxışlarına qoşurlar.

Asinxron mühərriklərin faz rotorlarının dolaqları daxili birləşməyə malik olduqlarından, dolaqların izolyasiya müqavimətini meqommetrin “torpaq” yazılmış sıxacını vala, “xətt” yazılmış sıxacını dolağın çıxışlarından birinə qoşaraq ölçürlər.




a b c


Şəkil 37. Elektrik mühərriklərinin dolaqlarının izolyasiya müqavimətinin ölçülməsi.

Əgər temperatur 150S olarkən izolyasiya müqaviməti 5MOm-dan az olarda, elektrik mühərriklərinin dolağı qurudulmalıdırlar. Elektrik mühərriklərinin qurudulmasının təsərrüfatın və ya müəssisənin emalatxanalarının elektrik avadanlıqlarına texniki xidmət bölməsi şəraitində aparılması tövsiyyə olunur.

Bir neçə qurutma üsulu tətbiq edilir. Bölmə şəraitində dolağın qurutma şkafında 80...900S temperaturda 7...10 saat müddətində qurudulması ən çox məqsədəuyğundur. Elektrik mühərriklərinin dolaqlarını qurutmaq üçün ОП-4443 şkafını istifadə etmək olar. Şkafın qapağı açıq vəziyyətdə elektrik mühərriklərinin kran-tirdən və ya digər qaldırıcı vasitələrdən endirilməsi zamanı quraşdırma meydançası rolunu oynayır, qapaqdakı və şkafın içindəki diyircəklər – mühərriklərin şkafın içərisinə ötürülməsi üçündür.


c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004548)01-06-30].jpg c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004599)01-06-47].jpg

Elektrik maşınlarının dolaqlarını qurutmaq üçün şkaf.

Əgər qərarlanmış temperaturda 2...3 saat müddətində izolyasiya müqaviməti dəyişməz qalarsa, onda dolağın izolyasiyası qurumuş sayılır.

Dolaqları qurudan zaman elektrik mühərriklərinin qoyulduğu yerdə adətən üç qızdırma üsulundan istifadə edirlər :

  • xarici qızdırmadan (termoradiasiya üsulu);

  • elektrik mühərrikinin dolaqlarından buraxılan, cərəyanla qızdırma;

  • induksion qızdırma.

Xarici qızdırma ilə dolağın qurudulması üçün əksər hallarda ЗС tipli gücü 250, 500, 1000Vt olan infraqırmızı şüalandırıcı lampalar, gücü 100...250Vt olan adi işıqlandırıcı lampalar və ya ТЭН tipli boru şəkilli elektrik qızdırıcıları tətbiq edirlər. ТЭН tipli qızdırıcılar daha münasibdirlər.

Lampaları və boru şəkilli elektrik qızdırıcılarını statorun oyuğunda və ya faz rotorunun səthinin yaxınlığında yerləşdirirlər ki, dolaq bərabər qızsın. Qurutma müddətində qızma temperaturuna və dolağın izolyasiya müqavimətinə nəzarət edirlər. Qızma temperaturuna 0...1500S şkalalı termometri ilə, izolyasiya müqavimətinə isə - 500V-luq meqommetrlə nəzarət edirlər. Qurutmanın əvvəlində temperaturu 15...30dəq-dən bir ölçürlər, temperatur qərarlaşdıqdan sonra – hər saatda bir. Dolağın ən çox qızmış yerində temperatur 900S-i aşmamalıdır, dolaqların 70...900S temperatura qədər qızma vaxtı isə 2...2,5 saatı aşmamalıdır. AO2-CX seriyalı elektrik mühərrikləri üçün dolağın buraxıla bilən quruma temperaturu 1100S təşkil edir.

İstiliyin yayılmasının qarşısını almaq üçün, statoru və rotoru qurutma zamanı yanmayan materialdan olan lövhələrlə hüdudlamaq lazımdır.

Cərəyanla qızdırmaqla qurutma zamanı elektrik mühərrikinin gövdəsini torpaqlayırlar, stator dolaqlarını ardıcıl və ya paralel qoşurlar və alçaldıcı transformatorun ikinci dolağına birləşdirirlər.



a b


Dolağın izolyasiyasının qurudulması üçün sxemlər :

a-cərəyanla qızdırma metodu ilə; b-induksion qızdırma ilə; AT-avtotransformator; T-alçaldıcı transformator.

Gücü 10kVt-a qədər olan elektrik mühərriklərinin dolaqlarının qurudulması üçün alçaldıcı transformator kimi ТБС-2 və ya OCO-0,25 işıqlandırma transformatorlarını, böyük güclü elektrik mühərrikləri üçün isə - qaynaq transformatorlarını istifadə etmək olar. Qurutmaya başlamazdan əvvəl reostatın və ya tənzimləyicinin köməyi ilə elektrik mühərriklərinin dolaqlarında, onun nominal qiymətinin 60...80%-nə bərabər, cərəyan şiddəti qərarlaşdırırlar. Qurutma zamanı dolağın qızma temperaturuna və izolyasiya müqavimətinə nəzarət edirlər.

Dolaqların induksion qızdırma ilə qurudulması üçün statorun özülünə maqnitləşdirici dolaq sarıyırlar (şək. b) Elektrik mühərrikinin dolaqları, aktiv poladda və özül metalında artıq maqnitlənmə sayəsində baş verən istilik itkiləri, həmçinin də maqnitləşdirici dolağın maqnit selindən yaranan burulğan cərəyanları hesabına qızdırılır.

Maqnitləşdirici dolağın sarğılar sayı bu düsturla təyin edilir



burada U – maqnitləşdirici dolağın sıxaclarındakı gərginlik, V;

B – özüldə induksiya, 0,6...0,7 Tl;

S – statorun aktiv poladının en kəsiyi, sm2.

Dolağı qızdırmaq üçün lazım olan ampersarğılar sayı, bərabərdir :

aw = πDoaWo ,


burada Do – aktiv polad üzrə sarğının orta diametri, sm;

aWo – xüsusi ampersarğılar, hansıları ki, sədvəl üzrə təyin edirlər.

Cədvəl

İnduksiyanın qiymətindən asılı olaraq, xüsusi ampersarğıların qiymətləri


İnduksiya, T

Xüsusi ampersarğılar

Elektrotexniki polad

Legirlənmiş polad

0,5

1,5

0,7...0,85

0,6

2,2

1...1,2

0,7

2,75

1,3...1,45

0,8

3,7

1,7...2


Maqnitləşdirici dolağın cərəyan şiddəti:




burada W – sarğılar sayıdır.

Maqnitləşdirici dolağın naqillərinin en kəsiyini o hesabatdan seçirlər ki, naqildə yük nominalın 50...70%-nə bərabər olsun.

Dolağın izolyasiyasının iş qabiliyyətini artırmaq üçün elektrik mühərriklərinin emalatxanada cari təmiri zamanı nəmlənmiş dolağın qurudulmasından sonra lakla hopdurulması tövsiyyə olunur. Bu məqsədlə emalatxanada lakla dolu təknə quraşdırılır, hansına ki, statorun şaquli vəziyyətində dolaq 10...15 dəqiqə ərzində batırılır. Hopdurma üçün hopdurma laklarından birini istifadə edirlər : 447, 458 və ya МЛ-92.


c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004029)01-05-48].jpg


Bitumlu-yağlı 447 və 458 laklarının qatılaşması zamanı həll edici kimi toluol, ksilol, daşkömür solventi və ya göstərilən həll edicilərin birinin uayt-spirt və ya benzinlə komponentlərinin 1:1 nisbətində qarışığını tətbiq edirlər.

Emal izolyasiyalı naqillərə sarınmış dolaqları hopdurmaq üçün 458 lakını işçi özülülüyə qədər skipidarla həll edirlər.

Alkidmelamin МЛ-92 lakını toluolun uayt-spirtlə qarışığı ilə komponentlərin 1:1 nisbətində, daim qarışdırmaqla həll edirlər. МЛ-92 lakı qalın qatlarda yaxşı quruyur və nəmliyə və soyuğa davamlıdır.

Hopdurulduqdan və lak axdıqdan sonra statoru quruducu şkafa yerləşdirirlər və dolağı 100...1200S temperaturda 8...16 saat ərzində, elektrik mühərrikinin gücündən asılı olaraq, qurudurlar.

c:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004548)01-06-30].jpgc:\users\musa999\desktop\сборка - эд\сборка эд-!!![(004599)01-06-47].jpg


Qurutmanın sonunda izolyasiyanın müqaviməti 0,5...1 saat müddətində dəyişməz qalarsa, dolağın izolyasiyası qurumuş hesab edilir.